Cümə axşamı, 5 Mart, 2026
Tarix: 04 Mar 2026 22:00
İran iki dost ölkənin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib.
APA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanma komandanı məlumat verib.
SEPAH komandiri onu da bildirib ki, İran Fars körfəzində İsrailə gedən istənilən gəmini vuracaq və münaqişənin əvvəlindən bəri 10-dan çox gəmi və tankerə hücum edib.
Söhbətin hansı iki ölkədən getdiyi barədə SEPAH rəsmisi heç bir məlumat verməyib.