Ağ Ev: ABŞ danışıqlar zamanı İrana pulsuz nüvə yanacağı təklif edib

Tarix: 05 Mar 2026 03:18

ABŞ İranla danışıqlar zamanı İrana pulsuz nüvə yanacağı təmin etməyi, eləcə də birgə nüvə enerjisi inkişafı layihələrinə investisiya qoymağı təklif edib.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

"ABŞ danışıqlar zamanı İrana qarşı sanksiyaları ləğv etməyi və hətta İranın mülki nüvə proqramını dəstəkləmək üçün ona pulsuz nüvə yanacağı verməyi təklif edib. Bundan əlavə, onlar potensial birgə nüvə enerjisi inkişafı layihələrində investor kimi ABŞ-ın dəstəyini qəbul etmək imkanı əldə ediblər", - o bildirib.

Xəbər Lenti