Pakistan Əfqanıstanda itkilərin 489-a çatdığını açıqlayıb

Tarix: 05 Mar 2026 04:14

Pakistan ordusu ilə toqquşmalarda həlak olan əfqan əsgərlərinin sayı azı 489-a çatıb, 696-dan çoxu isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar öz “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, əməliyyatların başlanğıcından bəri Pakistan ordusu 226 Əfqanıstan nəzarət məntəqəsini məhv edib və daha 35-ni ələ keçirib. Hərbi Hava Qüvvələri isə qonşu ölkədəki 56 hədəfə zərbə endirib. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri 198-dən çox düşmən zirehli texnikasını zərərsizləşdirib.

Əfqanıstan Müdafiə Nazirliyi isə Pakistanın itkilərinin 150 nəfər olduğunu, 200-dən çoxunun yaralandığını açıqlayıb. Nazirlik Pakistanla münaqişə zamanı 28 əfqan hərbçisinin öldüyünü və daha 42 nəfərin yaralandığını bildirib.

Xəbər Lenti