İsrail müdafiə naziri: Tramp-Netanyahu əməkdaşlığı region və dünya tarixini dəyişir

Tarix: 05 Mar 2026 11:42

ABŞ Prezidenti Donald Trampla İsrail Baş naziri Benyamin Netanyahunun İrana qarşı əməkdaşlığı regionun və dünya tarixini dəyişir.

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz ABŞ-ın müharibə naziri Pit Heqset ilə telefon danışığına deyib.

Məlumatda bildirilir ki, Katz həmkarına İranın hücumları nəticəsində həlak olan 6 ABŞ hərbçisi ilə bağlı başsağlığı verib. O vurğulayıb ki, İsrail ABŞ hərbçilərinin təhlükəsizliyini qorumaq üçün hər şey edəcək.

Katz Donald Trampa İsrailə verdiyi böyük dəstək üçün, eyni zamanda, Heqsetə “İsraili müdafiə etmək və İranın raket təhdidlərinə qarşı vətəndaşlarını qorumaq üçün verdiyi böyük dəstəyə görə” təşəkkür edib.

O, hərbi sahədə sıx və bənzərsiz əməkdaşlığın müharibənin bütün məqsədlərinə nail olmağa yönəldiyini qeyd edib.

Heqset Katza “sona qədər davam edin, biz sizinləyik” deyib.

İlqar Xudiyev İsrail ABŞ İran

Xəbər Lenti