SEPAH: İran Körfəzdə ABŞ tankerinə zərbə endirib, gəmi yanır

Tarix: 05 Mar 2026 11:18

İran bu gün səhər Körfəz ABŞ tankerinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, İran Körfəzin şimal hissəsindəki ABŞ-ın neft tankerinə hücum edib, gəmi yanır: “Neft tankeri bu gün səhər Fars Körfəzinin şimalında SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri tərəfindən vurulub və hazırda yanmaqdadır. Daha əvvəl də demişdik ki, beynəlxalq qanun və qərarlara əsasən, müharibə zamanı Hörmüz boğazından keçid qaydaları İran İslam Respublikasının ixtiyarında olacaq. Hamı buna tabe olmalıdır”.

O da qeyd edilib ki, ABŞ-a, İsrailə, Avropa ölkələrinə və onların tərəfdarlarına məxsus hərbi və ticarət gəmilərinin keçidinə icazə verilməyəcək. Əgər bu baş verərsə, həmin gəmilər mütləq vurulacaq.

Xəbər Lenti