Nazirlik: Naxçıvanda tədris prosesi normal qaydada davam edir

Tarix: 05 Mar 2026 12:33

"Məktəblərimizə heç bir ziyan dəyməyib, tədris prosesi normal qaydada davam edir".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o cümlədən yaxınlığına dron zərbəsi endirildiyi deyilən Babək rayonu, Hacıvar kənd məktəbində də tədris davam etdirilir: "Sadəcə, bəzi valideynlər ehtiyat tədbiri olaraq məktəbə gələrək övladlarını götürürlər".

Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına təsadüf edib.

Gülcahan İmanqızı Naxçıvan məktəb İran dron zərbə hücum dərs

Xəbər Lenti