Rusiya ordusu Ukraynaya zərbələr endirib, 17 nəfər yaralanıb

Tarix: 05 Mar 2026 12:51

Rusiya ordusu Ukraynanın Xarkov və Dnepropetrovsk bölgələrinə zərbələr endirib, nəticədə ümumilikdə 17 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Xarkov Vilayəti Prokurorluğunun mətbuat xidməti bildirir ki, Rusiyanın hücumları nəticəsində Çuquyev şəhərində 12 nəfər yaralanıb, onlardan biri azyaşlıdır.

Kamennaya Yaruqa kəndindəki təsərrüfat tikilisinə pilotsuz uçuş aparatı (PUA) zərbə endirib. Nəticədə üç nəfər yaralanıb.

Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, hücumlar nəticəsində Kamensk rayonunda iki nəfər yaralanıb.

İlqar Xudiyev Rusiya ordusu Ukrayna hava hücumu

Xəbər Lenti