Cümə axşamı, 5 Mart, 2026
Tarix: 05 Mar 2026 17:18
Rusiyanın "Admiral Essen" freqatı "Novorossiysk" limanına edilən hücum zamanı ciddi zədə alıb, daha "Kalibr" raketləri ilə Ukraynaya zərbə endirə bilməyəcək.
APA xəbər verir ki, bu barədə “RBC-Ukraine” Ukraynanın Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, "Novorossiysk" limanına edilən hücum zamanı “Kalibr” raketlərinin daşıyıcısı olan "Admiral Essen" freqatı dronla vurulub.
Bundan əlavə, bu gün Ukrayna Hərbi Dəniz Qüvvələri Qara dəniz üzərində Rusiyanın Ka-27 hərbi helikopterini məhv edib.
Qeyd edək ki, Ka-27 helikopteri sualtı qayıqların axtarışı və məhv edilməsi üçün əsas vasitədir.
İlqar Xudiyev Kinjal raket daşıyıcısı Ukrayna Rusiya