ABŞ süni intellekt çiplərinin ixracına əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır

Tarix: 06 Mar 2026 01:38

ABŞ administrasiyası süni intellekt texnologiyalarında istifadə olunan Amerika istehsalı çiplərin ixracına əlavə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Məlumata görə, yeni mexanizm çipləri idxal edən ölkələrin dörd kateqoriyaya bölünməsini nəzərdə tutur.

Sənədə əsasən, 200 min ədəddən çox çip almaq istəyən ölkələr və ya şirkətlər ABŞ-ın təhlükəsizlik sahəsinə və ya Amerika data mərkəzlərinə investisiya qoymalı olacaqlar.

Xəbər Lenti