Cümə, 6 Mart, 2026
Tarix: 06 Mar 2026 02:08
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat çərçivəsində İran Hərbi Dəniz Qüvvələrinə məxsus 24 gəmi məhv edilib. APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, bu gəmilər üç gün ərzində məhv edilib.
“Onların artıq hərbi donanması yoxdur. Üç gün ərzində 24 gəmi”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin iddia edib ki, İranın hərbi hava qüvvələri, hava hücumundan müdafiə sistemi və hərbi komanda-idarəetmə infrastrukturu da faktiki olaraq məhv edilib.
“Onların artıq hərbi hava qüvvələri yoxdur. Hava hücumundan müdafiə sistemləri yoxdur. Təyyarələri yoxdur. Rabitə sistemi yoxdur”, – deyə Tramp bildirib.