Pit Heqset: ABŞ Yaxın Şərqdən qaçqın qəbul etməyi planlaşdırmır

Tarix: 06 Mar 2026 03:22

ABŞ Yaxın Şərqdə gərginliyin artması fonunda regiondan yeni qaçqın dalğasını qəbul etməyi planlaşdırmır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib.

“Əminliklə demək olar ki, ABŞ-ın Yaxın Şərqdən yeni qaçqın dalğasını qəbul etmək planı yoxdur”, – deyə Pentaqon rəhbəri vurğulayıb.

Heqset əlavə edib ki, regionda qaçqınların yerləşdirilməsi üçün başqa ölkələr də mövcuddur.

Xəbər Lenti