Tehranda güclü partlayışlar baş verib

Tarix: 06 Mar 2026 04:18

İranın paytaxtı Tehranda bir neçə güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, şəhərdə ardıcıl güclü partlayış səsləri eşidilib. Lakin İran paytaxtında hansı obyektlərin hava zərbələrinə məruz qaldığı barədə hələlik dəqiq məlumat verilməyib.

Xəbər Lenti