Cümə, 6 Mart, 2026
Tarix: 06 Mar 2026 07:37
Böyük Britaniya hökuməti Qətərə əlavə olaraq dörd “Typhoon” qırıcı təyyarəsi göndərmək qərarına gəlib.
APA "Sky News"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat yayıb.
Starmer bildirib ki, bu addım Fars körfəzi regionundakı müttəfiqlərin “əlavə dəstək” müraciətinə cavab olaraq atılır.
Baş nazirin sözlərinə görə, yeni qırıcılar Qətərdə və ümumilikdə regionda həyata keçirilən müdafiə əməliyyatlarını gücləndirəcək.