Cümə, 6 Mart, 2026
Tarix: 06 Mar 2026 07:18
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar Ukraynanın Rusiyaya qarşı müqavimət göstərmək imkanlarını zəiflədə bilər.
APA "Politico"ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Diplomatın sözlərinə görə, İranda baş verən hadisələr Ukraynadakı müharibəyə birbaşa təsir göstərir. O qeyd edib ki, regionda davam edən döyüşlər dünya üzrə hava hücumundan müdafiə vasitələrinin, xüsusilə də dronları ələ keçirmək üçün istifadə olunan sistemlərin ehtiyatlarını azaldır.
“Hazırda Ukraynanın ehtiyac duyduğu hava hücumundan müdafiə vasitələri Yaxın Şərqə yönəldilir. Təchizat zənciri ilə bağlı da problemlər var. Ukraynaya lazım olan vasitələr indi Yaxın Şərqdə də tələb olunur”, – deyə Kallas deyib.