ABŞ İranın dron daşıyan gəmisinə zərbə endirib

Tarix: 06 Mar 2026 06:51

ABŞ hərbçiləri pilotsuz uçuş aparatlarının buraxılması üçün istifadə edilən İran gəmisinə zərbə endirdiklərini açıqlayıblar.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş və ölçülərinə görə İkinci Dünya müharibəsi dövrünün aviadaşıyıcılarına bənzəyən İran gəmisi zərbə nəticəsində vurulub və hazırda yanır.

Xəbər Lenti