AZAL-ın Moskva-Gəncə təyyarəsi Bakıya məcburi eniş edib - YENİLƏNİB

Tarix: 16 Feb 2024 17:51

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı) - Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.

Bu barədə “APA-Economics”ə "Azərbaycan Hava Yolları"ndan məlumat verilib.

***

16.11

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

"Azərbaycan Hava Yolları"ndan “APA-Economics”ə verilən məlumata görə, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

Xəbər Lenti