Tramp ABŞ-ın İrana qoşun yeritməsi imkanını nəzərdən keçirmir: Bu, vaxt itkisidir

Tarix: 06 Mar 2026 10:18

İrana qarşı quru əməliyyatları vaxt itkisidir.

APA NBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, hazırkı vəziyyətdə İranda quru əməliyyatları planlaşdırmadığını vurğulayıb.

“Bu, vaxt itkisidir. Onlar hər şeyi itiriblər. Donanmalarını və itirə biləcəkləri nə varsa hamısını itiriblər”, - Tramp bəyan edib.

ABŞ Prezidenti İrana zərbələrin intensivliyinin artacağını da qeyd edib.

Toğrul Quluzadə ABŞ Tramp İran quru əməliyyatları

Xəbər Lenti