İran İsrail və ABŞ-a qarşı hücumları daha da genişləndirəcək

Tarix: 06 Mar 2026 10:14

İsrail və ABŞ-a qarşı hücumlar daha da genişləndiriləcək.

APA xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəmül Ənbiya” Mərkəzi Qərargahı bəyanat yayıb.

Bəyanatda növbəti günlərdə İsrail və ABŞ mövqelərinə zərbələrin daha da genişləndiriləcəyi bildirilib.

Eyni zamanda, İsraildə “Ranat Deyvid” aviabazası, “Meiron” radar qurğularının və Küveytdə ABŞ mövqelərinin hədəf alındığı bəyan edilib.

Bundan başqa İraqın Ərbil bölgəsində olan ABŞ mövqelərinə də dron zərbələri endirilib.

Toğrul Quluzadə İsrail ABŞ Xatəmül Ənbiya İran Silahlı Qüvvələri

Xəbər Lenti