Cümə, 6 Mart, 2026
Tarix: 06 Mar 2026 11:17
İsrail Müdafiə Qüvvələri (IDF) gecə Beyrutun cənub ərazilərində Hizbullahın istifadə etdiyi çoxmərtəbəli binalarda onlarla hədəfi vurub.
APA xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin “X” səhifəsində bildirilib.
Məlumata görə, vurulan hədəflər arasında Hizbullahın İcra Şurasının qərargahı, əməliyyat mərkəzləri və dronların saxlanıldığı anbar da var.
“Əməliyyat mərkəzləri Hizbullah tərəfindən IDF hissələrinə və İsrail Dövləti əleyhinə müxtəlif terror hücumlarını hazırlamaq və həyata keçirmək üçün istifadə olunmalı idi”, - məlumatda qeyd olunub.
Əməliyyatlardan əvvəl IDF cənub ərazilərdə dörd əsas məhəllə üçün, Hizbullahın möhkəmləndiyi Dahiyeh bölgəsində təxliyə xəbərdarlığı elan edib.
İlqar Xudiyev İsrail Livan Hizbullah