Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

Tarix: 06 Mar 2026 12:42

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub.

APA xəbər verir ki, görüşdə mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, şagird və tələbələri, pedaqoji heyəti ilə görüşüb, akademiyanın fəaliyyəti, eləcə də dərs otaqları və məşq zalları ilə tanış olub.

Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının tələbələri qonaqlar üçün “Vals” (“Yatmış gözəl” baletindən) və “Qazağı” rəqsini ifa ediblər.

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyası

Xəbər Lenti