Cümə, 6 Mart, 2026
Tarix: 06 Mar 2026 12:24
Vaşinqton və Seul ABŞ-ın Cənubi Koreyada yerləşən bəzi “Patriot” sistemlərinin İranla müharibədə istifadə olunması üçün Yaxın Şərqə göndərilməsi imkanlarını müzakirə edir.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun parlamentdə dinləmələr zamanı bildirib.
Yerli mətbuatın məlumatına görə, bu günlərdə ABŞ-ın mobil Havadan Müdafiə Sistemləri Cənubi Koreyanın digər yerlərindən Osan hərbi hava bazasına köçürülüb.
Cənubi Koreya hökumətinə istinad edən media bildirir ki, "Patriot" sistemləri hava bazasından Yaxın Şərqə göndərilməsi üçün hazırlanır.
İlqar Xudiyev Cənubi Koreya ABŞ Patriot İranla müharibə