Şənbə, 7 Mart, 2026
Tarix: 06 Mar 2026 14:06
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfi Kiyevə 300 əsiri geri qaytarıb. Əvəzində Ukrayna Moskvaya 300 rusiyalı əsiri təhvil verib.
Qeyd edək ki, əsir mübadiləsi ilə bağlı razılaşma fevralın sonunda Cenevrədə keçirilən danışıqlar zamanı əldə olunub. Martın 5-də Moskva ilə Kiyev arasında “200-ün 200-ə" formatında əsir mübadiləsi aparılıb. Rusiya tərəfi mübadilənin ABŞ və BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirildiyini açıqlayıb.
Fərid Əkbərov Rusiya Ukrayna əsir mübadiləsi