Şənbə, 7 Mart, 2026
Tarix: 06 Mar 2026 15:44
Macarıstan saxlanılan yeddi Ukrayna vətəndaşını ölkədən qovacaq.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Macarıstan hökuməti həmin yeddi nəfərin Avstriyadan Ukraynaya külli miqdarda pul və qızıl daşıdığını, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalının bu prosesə nəzarət etdiyini iddia edir.
Macarıstanın xarici işlər naziri Peter Siyarto sözügedən şəxslərin 900 milyon dollar və 420 milyon avro nağd pul, eləcə də 146 kiloqram qızıl daşıdığını açıqlayıb. O, bunların “Ukraynanın müharibə mafiyası”na ötürülmək üçün daşındığını qeyd edib.
Toğrul Quluzadə Ukrayna Macarıstan yeddi nəfər