Aİ Gürcüstanın diplomatik və rəsmi pasport sahibləri üçün vizasız rejimi dayandırıb

Tarix: 06 Mar 2026 15:34

Bu gün Avropa Komissiyası Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimi dayandırıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyası rəsmi saytında məlumat yayıb.

Məlumata görə, artıq bu şəxslər Şengen zonasına rəsmi məqsədlərlə daxil olmaq üçün viza almalıdırlar.

Bildirilir ki, vizasız rejimin dayandırılması mexanizmi Gürcüstanın açıq və davamlı şəkildə vizasız rejim çərçivəsində götürdüyü öhdəlikləri, xüsusən demokratiya və əsas hüquqlar sahəsində pozmasına cavab olaraq aktivləşdirilib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, bu gün Aİ Gürcüstan hakimiyyəti ilə əlaqəli şəxslərin, o cümlədən Gürcüstan diplomatlarının Avropa İttifaqında sərbəst hərəkət etməsini qadağan edir.

İlqar Xudiyev Aİ Gürcüstan vizasız rejimin ləğvi

Xəbər Lenti