Şənbə, 7 Mart, 2026
Tarix: 06 Mar 2026 15:22
Macarıstan hökuməti Ukraynaya “Drujba” boru kəməri ilə neft nəqlini bərpa etmək və boruya baxış keçirməyə icazə vermək üçün üç gün möhlət verib.
APA xəbər verir ki, bu barədə “RBK-Ukraine” Macarıstan Energetika Nazirliyinin dövlət katibi Qabor Çepekə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna hökumətinə üç gün ərzində boru kəmərinin işini bərpa etmək və “Brody” stansiyasının yoxlanışına icazə vermək tələbini ehtiva edən məktub göndərilib.
İlqar Xudiyev Macarıstan Ukrayna Drujba kəməri