SEPAH: BƏƏ, İordaniya və Qətərdə ABŞ-a məxsus radar sistemləri məhv edilib

Tarix: 06 Mar 2026 16:04

İran ABŞ-a məxsus radar sistemlərini məhv edib.

APA xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, SEPAH-ın raket və PUA bölmələri regiondakı THAAD və “Səhranın gözü” radarlarını məhv edib.

“BƏƏ və İordaniyada yerləşdirilmiş ABŞ-a məxsus THAAD radarları, həmçinin Qətərdə yerləşən ABŞ-ın FPS-132 uzaqmənzilli (over-the-horizon) radarı — “Səhranın gözü” adlandırılan sistem İslam İnqilabı Keşikçiləri Korpusunun raket və PUA bölmələri tərəfindən məhv edilib”, - məlumatda qeyd olunub.

Toğrul Quluzadə İran ABŞ İordaniya BƏƏ SEPAH

Xəbər Lenti