İsrail ordusunun 50 qırıcısı Tehranda Xameneinin yeraltı bunkerinə zərbələr endirib - VİDEO

Tarix: 06 Mar 2026 15:56

İsrail Ayətullah Seyid Əli Xameneinin Tehranda istifadə etdiyi yeraltı hərbi bunkeri hədəf alıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, əməliyyatda İsrail Hərbi Hava Qüvvələrinin 50 qırıcısı iştirak edib.

https://t.me/apa_az/115059

Bildirilib ki, sözügedən obyekt Xamenei və digər yüksək rütbəli hərbi rəsmilərin komanda mərkəzi kimi fəaliyyət göstərib.

“Bunkerin hədəf alınması rejimin komanda və nəzarət qabiliyyətini daha da aşındırır”, - qeyd edilib.

Xatırladaq ki, fevralın 28-də İranın Ali Rəhbəri Seyid Əli Xamenei İsrailin aviazərbələri nəticəsində öldürülüb.

İsrail İran Xamenei

Xəbər Lenti