Şənbə, 7 Mart, 2026
Tarix: 06 Mar 2026 17:01
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Yaxın Şərqdəki hadisələri müzakirə edərək, vəziyyətin davamlı olaraq gərginləşməsindən narahatlıqlarını ifadə ediblər.
Hər iki tərəf regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının vacibliyini vurğulayıb.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə xarici işlər naziri Hakan Fidan Yaxın Şərq