Macarıstan ukraynalılardan 40 milyon dollar və 35 milyon avro nağd pulu müsadirə edib

Tarix: 07 Mar 2026 03:04

Macarıstan hökuməti Ukrayna dövlətinə məxsus bankın işçilərindən müsadirə edilmiş 40 milyon dollar və 35 milyon avroluq nağd pulun fotolarını dərc edib.

APA xəbər verir ki, onlar qızıl külçələri Macarıstan ərazisindən keçirərək Vyanadan Kiyevə daşıyıblar.

Cinayət işinə əlavə olunacaq fotoda ümumi çəkisi 9 kq olan qızıl külçələr də görünür.

"5 martda fəaliyyətləri dayandırılan ukraynalılardan ibarət qrup ölkəmizdən 40 milyon dollar və 35 milyon avroluq nağd pulu, eləcə də çoxlu miqdarda qızıl külçəni qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib", - məlumatda deyilir.

Xəbər Lenti