Rusiya Xarkovda yaşayış binasına zərbə endirib, 7 nəfər ölüb, 10 yaralı var-YENİLƏNİB-1

Tarix: 07 Mar 2026 12:05

Rusiyanın bu gecə Ukraynaya hücumu nəticəsində aralarında uşaqlar olmaqla 7 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” səhifəsində bildirib.

“Xarkovda gecədən bəri Rusiya tərəfindən ballistik raketlə vurulan binanın giriş hissəsi dağılıb, qonşu binanın yuxarı mərtəbələri zədələnib. Təəssüf ki, hazırkı məlumata görə, yeddi nəfər həlak olub. On nəfərdən çox insan yaralanıb, onların arasında uşaqlar da var. Dağıntılar altında hələ də insanlar qala bilər. Bütün zəruri xidmətlər xilasetmə işlərini davam etdirir”, - o bildirib.

***

10:15

Xarkovda Rusiyanın raket zərbəsi nəticəsində dağılan 5 mərtəbəli binanın qalıqları altından 5 nəfərin meyiti çıxarılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətindən bildirilib.

Qeyd olunub ki, xilasetmə və axtarış işləri davam edir, dağıntılar altında qalanların olduğu ehtimal olunur.

***

09.28

Rusiya Ukraynaya kütləvi raket hücumu həyata keçirib.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Rusiya qüvvələri Xarkovda çoxmərtəbəli binaya ballistik raketlərlə zərbə endirib, bir nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.

Məlumata görə, Zaporojyedə də çoxmərtəbəli binaya zərbə endirilib, yaralılar var.

İlqar Xudiyev Rusiya Xarkov Ukrayna

Xəbər Lenti