Şənbə, 7 Mart, 2026
Tarix: 07 Mar 2026 12:48
Körfəzdə olan gəmilər İran tərəfindən hücuma məruz qalmamaq üçün transponder vasitəsilə siqnallarını dəyişdirərək Çinə aid olduqlarını və Çin ekipajının gəmidə olduğunu göstərməyə başlayıb.
APA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, son bir həftədə ən azı 10 gəmi avtomatik identifikasiya sistemində siqnallarını “Çinə məxsus”, “Tamamilə Çin ekipajı” və ya “Gəmidə Çin ekipajı var” kimi göstərib.
Bildirilir ki, bəzi gəmilər təhlükədən qaçmaq üçün GPS siqnallarını da saxtalaşdırır.
“Lloyd’s Market Association”un məlumatına görə, hazırda Fars körfəzi və onun ətrafında təxminən 1 000 gəmi bloklanıb və onların ümumi dəyəri təxminən 25 milyard dollar təşkil edir.
İlqar Xudiyev Fars körfəzi İran Çin