Şənbə, 7 Mart, 2026
Tarix: 07 Mar 2026 13:47
Gecə Livanın cənub və şərqində həyata keçirilən hava zərbələrinin hədəfi Hizbullahın obyektləri və komandirləri olub.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF-in açıqlamasına görə, Cənubi Livan və Bekaa vadisinin bir neçə bölgəsindəki zərbələr raket buraxılış sistemlərini, silah anbarlarını və terror qrupuna aid hərbi obyektləri vurub.
IDF cənubdakı Majdal Səlim şəhərində Hizbullahın elit Radvan qüvvələrinin bir neçə komandirini və həmin bölməyə aid iki binanı vurduğunu da bildirib.
Bildirilir ki, öldürülən Radvan qüvvələrinin komandirləri “son vaxtlar IDF hərbçilərinə və İsrailin mülki əhalisinə qarşı müxtəlif terror hücumlarını hazırlamaq və həyata keçirmək üzərində çalışıblar”.
İlqar Xudiyev İsrail Livan Hizbullah IDF