Şənbə, 7 Mart, 2026
Tarix: 07 Mar 2026 17:03
Ukrayna bu gün Donetsk hava limanı yaxınlığında “ATACMS” və “SCALP” raketləri ilə Rusiyanın “Şahed” PUA-larının saxlanma məntəqəsinə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Zərbə Hava Qüvvələrinin aviasiyası ilə birlikdə Quru Qoşunlarının raket və artilleriya bölmələri tərəfindən endirilib.
Baş Qərargahın yayımladığı videoda yanğın və partlayışlar görünür.
Şahed dronları Ukrayna ordusu PUA