Aİ enerji qiymətlərinin artımından zərər çəkən sənaye sahələrinə dəstək verəcək

Tarix: 07 Mar 2026 21:36

Avropa İttifaqı enerji qiymətlərinin artımından zərər görən sənaye sahələrinə dəstək məqsədilə bir sıra qısamüddətli tədbirlər hazırlayır.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, planlaşdırılan tədbirlər enerji vergiləri, enerji infrastrukturunun inkişafı və karbon rüsumları ilə bağlı qərarları əhatə edir.

Sənəddə qeyd olunur ki, qanunvericiliyə ediləcək mümkün dəyişikliklər dərhal qüvvəyə minməyəcək. Buna görə də yaxın 2–5 il ərzində enerji qiymətlərini azaltmaq üçün aralıq tədbirlərin tətbiqi nəzərdə tutulur. Bu addımlar ekoloji təmiz enerji mənbələrinə keçid prosesi başa çatana və qiymətlərə olan təzyiq azalına qədər tətbiq oluna bilər.

Xəbər Lenti