ABŞ İranın Azərbaycana qarşı dron hücumunu pisləyib

Tarix: 07 Mar 2026 21:20

ABŞ İranın martın 5-də Azərbaycana qarşı Naxçıvanda həyata keçirdiyi təxribat xarakterli dron hücumunu qətiyyətlə pisləyib. APA xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

"Bu zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulması və İranın aqressiv addımlarının əsassız şəkildə genişlənməsi deməkdir", - məlumatda deyilir.

Vaşinqton Azərbaycanın yanında olduğunu vurğulayaraq qeyd edib ki, regiondakı tərəfdaş ölkələrin ərazilərinə qarşı hücumlar qəbuledilməzdir və belə hallarda ABŞ həmin tərəfdaşlara qətiyyətli dəstək göstərəcək.

Xəbər Lenti