, 8 Mart, 2026
Tarix: 07 Mar 2026 22:25
Türkiyənin xarici işlər naziri Hakan Fidan İrandan Türkiyə istiqamətində atılan ballistik raketlə bağlı Tehrana xəbərdarlıq edib.
APA xəbər verir ki, nazir bu barədə açıqlamasında danışıb.
Fidan bildirib ki, İran bu məsələdə daha diqqətli olmalıdır.
“Bizim tövsiyəmiz budur ki, diqqətli olsunlar. İran belə bir macəraya girişməməlidir. Çünki Türkiyə bu günə qədər dəfələrlə dostluğunu, düzgün mövqeyini və sülhə xidmət edən siyasətini ortaya qoyub”, – deyə o qeyd edib.
Nazir əlavə edib ki, İran uzun illərdir sanksiyalar və müxtəlif təzyiqlərlə üzləşsə də, Türkiyə regionda prinsipial və məsuliyyətli siyasət yürüdən ölkələrdən biri olub.
“Bölgədə müəyyən prinsiplər və şəffaflıq əsasında düzgün və məsuliyyətli siyasət aparan ölkələrdən biri də Türkiyədir”, – deyə Hakan Fidan vurğulayıb.