İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb

Tarix: 07 Mar 2026 22:02

Dubayda yerləşən "23 Marina" adlı göydələnə İranın kamikadze dronu çırpılıb.

APA xəbər verir ki, bu barədə "Daily Expess" məlumat yayıb. Məlumata görə, 90 mərtəbəli binanın 88-ci mərtəbəsi zərər görüb. Hazırda xilasedicilər hadisə yerində insanları təxliyə edir.

90 mərtəbəli binada ABŞ kəşfiyyatının əməkdaşlarının olduğu iddia edilir. Hadisə ilə bağlı Dubay rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

Xəbər Lenti