Beyrutun mərkəzində hotelə zərbə endirilib, ölən və yaralananlar var

Tarix: 08 Mar 2026 05:16

Livanda paytaxt Beyrutun mərkəzində yerləşən hotelə endirilən zərbə nəticəsində azı üç nəfər həlak olub, doqquz nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 9 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları araşdırılır.

Xəbər Lenti