, 8 Mart, 2026
Tarix: 08 Mar 2026 06:21
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda diplomatik məhəlləyə pilotsuz uçuş aparatı ilə hücum cəhdi qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, dronun hücum cəhdinin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısı alınıb. Pilotsuz aparatın yerə düşməsi nəticəsində xəsarət alan olmayıb, yerüstü obyektlərə ziyan dəyməyib.