, 8 Mart, 2026
Tarix: 08 Mar 2026 07:31
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl bildirib ki, Berlin İranda baş verən hərbi eskalasiyada iştirak etməyi planlaşdırmır.
APA xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
O qeyd edib ki, İran hökumətini “terrorçu rejim” hesab etsə də, hava zərbələrinin problemin uzunmüddətli həllinə gətirib çıxaracağına və beynəlxalq hüquqa uyğun olub-olmadığına dair ciddi şübhələri var.