, 8 Mart, 2026
Tarix: 08 Mar 2026 08:18
Yunanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Larisa şəhərindən 155 km qərbdə yerləşib. Həmin şəhərdə təxminən 144 min nəfər yaşayır. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.