Tramp: İtaliyanın baş naziri ABŞ-İsrailin İranla müharibəsində kömək etməyə hazırdır

Tarix: 08 Mar 2026 11:28

ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Corcia Melonini tərifləyərək onun ABŞ və İsrailin İranla müharibəsində kömək etməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Corriere della Sera qəzeti bazar günü məlumat yayıb.

Tramp şənbə günü qəzetə telefonla müsahibə verərək Melonini “böyük lider” adlandırıb və İtaliyanın yardım göstərmək üçün əlindən gələni etdiyini qeyd edib.

“Meloni hər zaman kömək etməyə çalışır, o, əla liderdir və mənim dostumdur”, – deyə Trampın sözləri qəzet tərəfindən sitat gətirilib.

Meloni isə cümə axşamı bildirib ki, İranın hava zərbələri fonunda İtaliya Körfəz ölkələrinə hava hücumundan müdafiə sahəsində yardım göndərməyi planlaşdırır.

Bundan əlavə, İtaliya məxsus hərbi gəmi Avropanın birgə missiyası çərçivəsində Kiprin müdafiəsini gücləndirmək məqsədilə adaya yola düşməyə hazırlaşır.

ABŞ Tramp Giorgia Meloni İtaliya İsrail İran Corriere della Sera İtaliya Hərbi Dəniz Qüvvələri Yaxın Şərq gərginliyi beynəlxalq siyasət

Xəbər Lenti