, 8 Mart, 2026
Tarix: 08 Mar 2026 11:10
Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində qaz sızması baş verib, iki nəfər ölüb, 18 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Qırğızıstanın 24.kg xəbər agentliyi məlumat yayıb. Qırğızıstan FHN-nin mətbuat xidmətinin məlumatına görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb. Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.
Dəm qazı ilə zəhərlənmə səbəbindən 18 mədənçi rayon xəstəxanasına müraciət edib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qırğızıstan kömür mədənində qaz sızması Qırğızıstan FHN "Batken Munay" mədəni