SEPAH Hayfa limanına hücumu qəsdən etdiklərini etiraf edir

Tarix: 08 Mar 2026 10:47

“Tehran neft emalı zavodunun hədəfə alınmasına cavab olaraq biz Hayfa limanında neft emalı zavodunu vurduq”.

APA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

SEPAH-ın bəyanatında qeyd olunub ki, Hayfadakı obyektə hücum "Xeybər Şekan" raketləri ilə həyata keçirilib.

Məlumata görə, İsrail hərbi təyyarələri şənbə gecəsi paytaxtın cənubunda yerləşən Tehran neft emalı zavoduna zərbə endirib.

İran İsrail Haifa Tehran İslam İnqilabı Keşikçiləri Korpusu Kheibar Shekan raketi neft emalı zavodu hərbi gərginlik Yaxın Şərq raket hücumu

Xəbər Lenti