Bəhreyn və Küveytdə uçuş qadağası daha 12 saat uzadılıb

Tarix: 08 Mar 2026 22:06

Yaxın Şərqdəki vəziyyətlə bağlı Bəhreyn və Küveytin hava məkanı azı 12 saat da bağlı qalacaq.

APA xəbər verir ki, Bəhreyn və Küveytin aviasiya idarələri uçuş qadağasını daha 12 saat uzadıb və bu qadağa 9 mart bazar ertəsi günü yerli vaxtla saat 4:00-a qədər qüvvədə qalacaq.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlamasından sonra 28 fevral səhər saatlarında Bəhreyn və Küveytin üzərindən uçuşlar dayandırılıb.

Xəbər Lenti