Ömər Çelik Müctəba Xameneidən danışıb: İranda heç bir radikal dəyişiklik olmayacaq

Ömər Çelik Müctəba Xameneidən danışıb: İranda heç bir radikal dəyişiklik olmayacaq

Tarix: 09 Mar 2026 13:44

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İranda yeni Ali Rəhbərin seçilməsinə münasibət bildirib.

APA xəbər verir ki, NTV-nin suallarını cavablandıran Çelikin sözlərinə görə, İran dövlətinin iradəsinə hörmətlə yanaşırlar.

O qeyd edib ki, Müctəba Xameneinin hakimiyyətə gəlməsi ilə İran siyasətində radikal dəyişiklik baş verməyəcək: “İran sistemini anlamaq da vacibdir. Dini liderin istəyinə uyğun olaraq radikal siyasət dəyişikliklərinin olacağını iddia etmək İranı kifayət qədər yaxşı tanımamaq anlamına gələ bilər”.

Dəryanur Cəfərova

Mənbə: apa.az

Xəbər Lenti