Aİ Kulevi limanını sanksiyalar siyahısından çıxarıb

Tarix: 10 Mar 2026 10:29

Avropa İttifaqı (Aİ) Gürcüstanın Kulevi limanını 20-ci sanksiyalar paketindən çıxarıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərar Avropa komissarı David O'Sullivanın Gürcüstanın XİN başçısına göndərdiyi məktubda bildirilib.

Məktubda qeyd olunub ki, Kulevi limanının Rusiya neftinin dəniz yolu ilə daşınması və "kölgə donanması"nın limana daxil olması səbəbindən 20-ci sanksiya paketinə daxil edilməsi planlaşdırılırdı.

"Bu ilkin mövqe Gürcüstan hökuməti və liman operatorunun müsbət öhdəliklər götürdükdən sonra yenidən nəzərdən keçirilib. Gürcüstanın Aİ sanksiyalarına məruz qalan gəmilərin öz limanlarına daxil olmasına və ya xidmət göstərilməsinə icazə verməyəcəyinə dair öhdəliyinizi alqışlayıram. SOCAR da həmçinin qiymət həddi və Aİ-nin Rusiya xam nefti və neft məhsullarına embarqosu da daxil olmaqla sərt sanksiyalarına əməl etmək öhdəliyini götürüb", - məktubda bildirilib.

Cəmilə Babayeva Aİ Avropa sanksiya Kulevi limanı

Xəbər Lenti