Netanyahu: İranda işimiz bitməyib, məqsəd rejimi devirməkdir

Tarix: 10 Mar 2026 12:07

İrandakı rejimi çökdürmək xalqın əlindədir. APA “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. “Nəticədə bu onlardan asılıdır. Amma şübhə yoxdur ki, indiyə kimi atılan addımlarla onların “sümüklərini sındırırıq” və işimiz hələ bitməyib”, - Netanyahu İran hakimiyyətini nəzərdə tutaraq bildirib. O, İsrailin dünyada tutduğu mövqedə böyük bir dəyişikliyin meydana gəldiyini əlavə edib. Eyni zamanda, Baş nazir qeyd edib ki, əgər İsrail İran xalqı ilə birlikdə uğur qazana bilsə, "fundamental dəyişikliklər" olacaq.

Toğrul Quluzadə İran İsrail Netanyahu

Xəbər Lenti