İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub

Tarix: 10 Mar 2026 13:26

İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri bildirib ki, ötən gecə ərzində Livanın Ansar şəhərində Hizbullahın komanda mərkəzləri və digər infrastruktur obyektlərinə zərbə endirilib.

Məlumatda zərbə endirlilən yerlərdən İsrailə raketlər atıldığı bildirilib.

Raket buraxılan ərazilər yaşayış binalarının yaxınlığında olduğu üçün IDF əvvəlcədən şəhər sakinlərinə təxliyə barədə xəbərdarlıq edib.

İlqar Xudiyev İsrail ordusu Livan Hizbullah hava zərbələri

Xəbər Lenti