Baş nazir: İraq ərazisi qonşulara qarşı istifadə edilməməlidir

Tarix: 10 Mar 2026 12:57

İraq ərazisi hücum üçün qonşulara qarşı istifadə edilməməlidir.

APA “Əl Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, bunu İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığında deyib.

Sudani İraqın istənilən bu cür təşəbbüsü rədd etdiyini bildirib.

Rubio isə “İran və onun dəstəklədiyi qruplaşmalar tərəfindən ABŞ-ın mövqelərinə qarşı terrorçu hücum”ları qınayıb.

O, İranı ABŞ-ın regiondakı diplomatik heyətinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Toğrul Quluzadə İraq İran ABŞ Rubio

Xəbər Lenti